Xəbər lenti

İdman 21:56 10.08.2023

Konfrans Liqası: "Sabah" "Partizan"a iki qolla qalib gəldi

"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşıb.

"Bank Respublika Arena"dakı görüş Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Meydan sahiblərindən hər iki qolu Boyan Letiç vurub. Sol cinah müdafiəçisi 70 və 74-cü dəqiqələrdə fərqlənib. 69-cu dəqiqədə Aleksey İsayev penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda baş tutacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyunlar

10 avqust
Sabah (Azərbaycan) - Partizan (Serbiya) 2:0
Qollar: Boyan Letiç, 70; 74.
Sabah: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 9. Anatoli Nuriyev, 10. Aleksey İsayev, 12. Vinsent Till, 15. Kristian da Silva, 19. Emmanuel Apeh, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 44. Sofian Çakla.
Ehtiyat oyunçular: 16. Rustam Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 17. Tellur Mütəllimov, 18. Davit Volkov, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 33. Camal Cəfərov, 77. Namik Ələskərov.
Baş məşqçi: Murad Musayev.
Partizan: 1. Aleksandr Yovanoviç, 3. Mixaylo İliç, 5. Nikola Antiç, 6. Svetozar Markoviç, 7. Severina Xander, 8. Frank Elimane Kanute, 9. Kuinsi Meniq, 11. Matheus Saldanya, 15. Aldo Kalulu, 26. Aleksandr Filipoviç, 40. Kristiyan Beliç.
Ehtiyat oyunçular: 85. Nemanya Stevanoviç, 2. Arancel Stoykoviç, 4. Sinişa Saniçanin,10. Bibras Natxo, 12. Zlatan Şehoviç, 17. Marko Jivkoviç, 14. Səməd Bazdar, 19. Aleksandr Şçekiç, 23. Nemanya Nikoliç, 43. Nemanya Trifunoviç, 44. Boqdan Mirçetiç, 45. Mateya Styepanoviç, 55. Danilo Pantiç.
Baş məşqçi: İqor Dulyay.
Baş hakim: Lukas Fandrix (İsveçrə).
"Neftçi Arena".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->