
Bir neçə tanınmış məmurun övladlarının KonstitusiyaMəhkəməsində vəzifə tutması sosial şəbəkələrdə müzakirə mövzusunaçevrilib. Sosial şəbəkə istifadəçiləri onların məhkəmə aparatında yüksəkvəzifələr tutduqlarını iddia edirlər.
"Qaynar" xəbər verir ki, musavat.com-un əməkdaşı bununla bağlı kiçik araşdırma aparıb.Konstitusiya Məhkəməsinin saytında aparat əməkdaşlarının siyahısıyerləşdirilib. Siyahıda bir neçə tanınmış məmur övladlarının adına rastgəlmək mümkündür. Onlardan bir neçəsi:
Əfəndiyeva Humay Elçin qızı. Baş nazirin müavini,yazıçı Elçin Əfəndiyevin qızıdır. 1975-ci il təvəllüdlü Humay ƏfəndiyevaKonstitusiya Məhkəməsində Cinayət və inzibati hüquq şöbəsinin müdirivəzifəsini tutur, Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi var.Humay Əfəndiyeva “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltifedilib.
Dünyamalıyeva Nigar Zahid qızı.Atası Zahid Dünyamalıyev uzun illər daxili işlər orqanlarında yüksəkvəzifələrdə işləyib. Sonuncu iş yeri daxili işlər nazirinin birincimüavini vəzifəsi olub. Zahid Dünyamalıyev bu vəzifədə 12 il olub. HacıMəmmədovun başçılıq etdiyi dəstə ifşa olunduqdan sonra Daxili İşlərNazirliyində bir sıra yüksək vəzifəli, o cümlədən, Zahid Dünyamalıyevişdən uzaqlaşdırılıb. O, 2009-cu ildə dünyasını dəyişib. Mərhumgeneralın qızı Nigar Dünyamalıyevanın 37 yaşı var və KonstitusiyaMəhkəməsinin Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdirmüavinidir. Siyasi elmlər namizədidir, “Dövlət qulluğunda fərqlənməyəgörə” medalı var.
Aslanov Tural Aslan oğlu. “AzərTAc” dövlətinformasiya agentliyinin baş direktoru Aslan Aslanovun oğludur. 1982-ciil təvəllüdlü Tural Aslanov Konstitusiya Məhkəməsində Protokol vəictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tutur. Beynəlxalqhüquq ixtisası üzrə təhsil alıb. “Dövlət qulluğunda fərqlənməyə görə”medalı ilə təltif edilib
Seyidov Fərrux Ənvər oğlu. Ağır Cinayətlərə dairİşlər üzrə Məhkəmənin hakimi Ənvər Seyidovun oğludur. KonstitusiyaMəhkəməsində Məhkəmə iclaslarının təşkili sektorunun müdiridir, dövlətqulluğunun baş müşaviri ixtisas dərəcəsi var. 34 yaşlı Fərrux Seyidovhüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. “Dövlət qulluğundafərqlənməyə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsində 9 şöbə, 2 sektor fəaliyyətgöstərir. Konstitusiya Məhkəməsi Azərbaycan RespublikasınınKonstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair alikonstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsimüstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqacəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyətiorqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fizikişəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədiAzərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hərkəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
Qaynar.Az
Mənbə: Musavat.com