Xəbər lenti

Konstitusiya Məhkəməsinin məşhur hakimi təqaüdə göndərildi (FOTO)
Ölkə11:04 01.02.2021

Konstitusiya Məhkəməsinin məşhur hakimi təqaüdə göndərildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova təqaüdə çıxıb.
Qaynarinfo-nun Report-a istinadən məlumatına görə, 74 yaşlı hakim vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Konstitusiya Məhkəməsindən faktı "Report"a təsdiqləyiblər.
Qeyd edək ki, S.Həsənova 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, müxtəlif vəzifələrdə çalışıb, o cümlədən 1998-2000-ci Azərbaycanın ədliyyə naziri, 2000-2005-ci illərdə Ali Məhkəmənin sədri işləyib. Milli Məclisin 23 dekabr 2005-ci il tarixli qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
Xatırladaq ki, Konstitusiya Məhkəməsinin 9 hakimi var və onların vəzifədə olmasının son yaş həddi 70-dir. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra edir.
Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb. Humay Elçin qızı Əfəndiyevanın məhkəmənin hakimi vəzifəsinə namizədliyi səsverməyə çıxarılaraq qəbul edilib.
H.Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi kimi and içib.