Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin keçmiş hakimi Fikrət Babayev bu gün vəfat edib. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Virtualaz.org-un verdiyi məlumata görə, Fikrət Babayev 1938-ci ildə iyulun 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olub. F.Babayev 1967-ci ildəAzərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1967-ci ildən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində Daxili İşlər Nazirliyinin müstəntiqi vəzifəsində fəaliyyətə başlayıb. 1967-ci ildən 1975-ci ilədək Daxili İşlər Nazirliyində müstəntiq, 1975-1978-ci illərdə Daxili İşlər Nazirliyinin şöbə rəisinin müavini, 1978-ci ildən 1981-ci ilədək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq şöbəsinin rəisi vəzifəsində, 1992-ci ildən 1998-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.
2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Tərəqqi» medalı ilə təltif olunub. 2012-ci il oktyabrın 8-də prezidentİlham Əliyev Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.