Xəbər lenti

Koreyaya məxsus təyyarə Bakıya qəza enişi edib (VİDEO/FOTO)
Ölkə05:00 10.07.2022

Koreyaya məxsus təyyarə Bakıya qəza enişi edib (VİDEO/FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Heydər Əliyev Beynəlxalq Aeroportunda Koreyanın "Korean Air” aviaşirkətinə məxsus təyyarənin məcburi eniş etməsi ilə əlaqədar hazırlıq və həyəcan siqnalı elan edilib.
Aeroportdan Qaynarinfo-ya verilən məlumata görə, aviaşirkətin İstanbul-Seul reysini həyata keçirən "Airbus A330" təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə saat 22:25-də uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb.
Elan edilmiş həyəcan siqnalı ilə əlaqədar Bakı aeroportunda bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.
Hazırda hava gəmisinə baxış keçirilir və baş verən hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.