Xəbər lenti

Koronavirus 21-ci əsrin “nefti"ni yaradır (ŞƏRH)
Ölkə11:42 27.12.2020

Koronavirus 21-ci əsrin “nefti"ni yaradır (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadçı ekspert Natiq Cəfərli koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirlərini şərh edib.
Qaynarinfo xəbər verir ki, ekspert pandemiya fonunda iqtisadiyyatda yeni meyllərin yarandığını bildirib: 
"1. Virus ciddi təhlükədirmi? Bəli, çox tez yayılan, tez yoluxduran, risk qruplarına daha ciddi təsir edən mərəzdir;
2. Virusla bağlı müxtəlif ölkələr fərqli mübarizə üsullurı tədbiq etdilərmi? Bəli, karantin tədbirlərindən müalicə protokollarına qədər fərqli yanaşmalar gördük. İsveç üsulundan Çin yanaşmasına qədər fərqli siyasət quran dövlətlər oldu;
3. 2020-ci ilin əvvəlində sərt karantin tədbirlərinin bir çox ölkələrdə tədbiqi doğru idimi? Bəli, virus hələ tanınmırdı, dövlətlər qapanmaqla zaman qazanıb səhiyyə sistemini virusla mücadiləyə hazırlamağa məcbur idilər;
4. Sərt karantin tədbiqindən udan ölkələr varmı? Xeyir, bütün dünya uduzdu - dünyanın ÜDM-i azaldı, ticarət dövriyyəsi zəiflədi, demək olar ki, bütün ölkələrdə işsizlik, yoxsulluq artdı, ÜDM hər yerdə (bir tək Çindən başqa - o da ayrı mövzudur, səbəbləri var) azaldı; 
5. Dünya ölkələri vətəndaşlarına və biznes sahib çıxa bildilərmi? Xeyir, böyük ölçüdə sahib çıxa bilmədilər. Doğrudur, ABŞ-da və Avropada vətəndaşlara pul da paylandı, biznesə böyük dəstək paketləri tətbiq olundu. Amma dünya üzrə COVİD-lə mübarizəyə ümumilikdə 12 trilyon dollar ayrılsa da, bunun 80%-i iri biznesə, səhm bazarının şişməsinə, mənasız riskli yatırımların bahalaşmasına (Bitcoin kimi) - bir sözlə, dünya iqtisadiyyatında növbəti "şarların” yaranmasına sərf olundu ki, bu da gələcək böhranların əsasını, şişmiş "balonların” partlamasının təməlini qoydu;
6. Bəs qazanan oldumu? Bəli, böyük texnoloji şirkətlər və farmakalogiya qazandı, söhbət tək paradan yox, topladıqları məlumatlardan gedir - onlar daha dəyərlidir".
Natiq Cəfərli hesab edir ki, 2021-ci ildə virusla mübarizədə dünya ölkələri yeni mərhələyə qədəm qoyacaq: 
"2020-ci ildə COVİD KİV-lərin əsas mövzusu oldu, insanları vahiməyə salan virusdan daha çox onun təqdimatı idi. Bəşəriyyat kütləvi psixoz vəziyyətinə gətirildi, təməl hazır oldu, indi qlobal KİV-lər əhaliyə nə təklif edirdisə, onu da "həzm” etməyə başladılar. Təqribən noyabrın sonundan sonra, ABŞ-dakı seçkilərdə Co Baydenin qələbəsi artıq şübhə yaratmadığı gündən sonra dünya KİV-lərinin "məhsul” təqdimatı dəyişməyə, dünyanı "vaksin”ə kökləməyə başladı. Vaksin məsələsi ayrıca mövzudur, daha geniş fikir mübadiləsinə ehtiyac var, amma qısa olaraq onu deyim ki, 1 ilə yeni virusa normal vaksin hazırlamaq mümkün deyil - istənilən vaksinin kəşfi və əsas da yoxlanılması 3-5 il arası çəkir. Bu obyektiv zaman kəsimidir, çünki vaksinlərin insan orqanizminə, müxtəlif gen daşıyıcılarına və qan qruplarına təsirinin öyrənilməsi obyektiv olaraq 3-5 il arası zaman alır. İndi vaksinlə bağlı pozitiv xəbər axınının təməl səbəbi başqadır - gələn ildən vurusun özü yox olmasa da, ona münasibət, COVİD təqdimatı dəyişəcək, məhz buna hazırlıq gedir.
Yanvarın 20-də Bayden and içib fəaliyyətə başlayandan cəmi 100 gün ərzində COVİD söhbəti beynəlxalq KİV-lərdə ancaq pozitiv xəbərlərdə öz əksini tapacaq. Bir daha virus itməsə də, ona münasibət dəyişəcək. Kütləvi psixoz vəziyyətini kütləvi sevinc gözləntisi əvəz edəcək. Beləliklə də, vaksinasiya ilə bağlı pozitiv xəbərlər o qədər artacaq ki, virusa münasibət dəyişəcək. 
Ehtimalıma görə, gələn ilin mart-aprel aylarında birdən elan edəcəklər ki, məsələ bitdi-bitir, dünya virusa qalib gəldi-gəlir, virus o qədər də təhlükəli deyilmiş, vaksinləşmə sürü immuniteti yaradıb, ay camaat gözünüz aydın, zillətdən aydınlığa çıxmağa başlayırıq. Mart-aprel aylarına dünyada pandemiyanın 1 ili də tamam olacaq, bu 1 il ərzində milyardlarla insanın "online pasportu”, davranış qaydaları, dünya əhalisinin böyük əksəriyyətinə aid "big data”nın toplanması da bitəcək (dəqiq analiz üçün 1 illik davranış qaydaları vacib zaman kəsimidir) və bundan sonra həmin o "big data” 21-ci əsrin "neftinə” çevriləcək. Bir il insanların online həyatını, sifarişlərini, marşrutlarını, zövqlərini, xərcləmədə prioritetləri öyrənən insanlığın davranışını da dizayn edə biləcək. Bu nə yaxşıdır, nə də pis, heç faciə də deyil, insan həyatına birbaşa müdaxilə də sayılmır - sadəcə süni intellektə qoşulmuş "big data” milyardlarla insanın gələcəkdə zövqünü və xərcləmələrini yönləndirə biləcək".
Orxan Əhmədli