Xəbər lenti

Koronavirus bitəndən sonra gələcək xəstəlik: Post-travmatik stress... - Psixoloq
Ölkə08:31 15.04.2020

Koronavirus bitəndən sonra gələcək xəstəlik: Post-travmatik stress... - Psixoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bir qrup insan pandemiya qayıdar deyə, təşviş-həyəcan içində yaşayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov karantin dövründən sonra insanların davranışından danışarkən deyib. Onun sözlərinə görə, karantin dövrü bitəndən sonra insanlarda müxtəlif istiqamətlərdə psixoloji narahatlıqlar yaranacaq:

"Bir qism insanların işə, bir qism şagird və tələbələrin təhsilə adaptasiya olunmasında problem yaranacaq. Bir qism insanlarda isə təkrar pandemiya qayıda bilər deyə, təşviş-həyəcan artacaq. Xırda bir qızdırma olanda düşünəcəklər ki, elə koronavurusdur. Bu, özünü fərdi şəkildə insanların davranışında, hərəkətində büruzə verəcək".

Elnur Rüstəmovun fikrincə, psixoloji baxımdan pandemiyadan sonra insanlarda bu kimi narahatlıqlar artacaq:

"Bir müddətdən sonra bəzi insanlar post-travmatik stress deyilən bir xəstəliklə üz-üzə qalacaqlar. Bu nədir? Bir qism insanlar yenə də təlaşda olacaq. Onlar pandemiyanın hər an qayıda biləcəyini düşünəcək. Qabaqlayıcı tədbirlər görəcəklər. Pandemiyanın bitməsinə baxmayaraq, onlar evlərində qoruyucu vasitələrlə gəzəcək. Bu, bir müddət onların davranışında özünü göstərəcək. Xüsusi risk qrupuna daxil olan insanlar olacaq ki, onlara mütləq şəkildə psixoloji dəstək göstərmək lazım gələcək. Bu, iki qanunla tənzimlənir. Birincisi, psixoloji yardım haqqında qanun və ikincisi isə təhsil qanununda göstərilən psixoloji xidmətin təşklindən irəli gələn məqamlar".

Bahar Rüstəmli