Xəbər lenti

Koronavirus yoluxmasının artması nəyə işarədir? - Professor şərh edir
Ölkə07:36 22.07.2022

Koronavirus yoluxmasının artması nəyə işarədir? - Professor şərh edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yoluxma sayı artacaq. Bu, əslində virusun, pandemiyanın tədricən sona çatmasına bir işarədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla son günlər Azərbaycanda koronavirusun artma sayına münasibət bildirərkən deyib. Onun fikirincə, yoluxma sayı artdıqca virusun öldürücülük qabiliyyəiti də aşağı düşür:
"Bu onu göstərir ki, virus ya orqanizmə adaptasiya eləməyə çalşır, yaxud da sıradan çıxır. Bu pandemiyanın sona doğru getdiyinə işarədir”.
Adil Qeybulla ciddi qapanmalara getməyə ehtiyac görmür: 
"Ola bilər ki, kütləvi tədbirlərin azaldılmasına, müəyyən qədər təmasların məhdudlaşdırılmasına ehtiyac yaransın, amma ciddi qapanmalara, sərt karantinə getməyə ehtiyac görmürəm”.
Bahar Rüstəmli