Xəbər lenti

Koronavirusa yoluxan tanınmış cərrahın son durumu açıqlandı
Ölkə08:31 29.09.2021

Koronavirusa yoluxan tanınmış cərrahın son durumu açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirusa yoluxan tanınmış cərrah Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report”a onun yaxınları məlumat verib.
Bildirilib ki, həkimlər N.Eminovu süni komadan ayıldıblar: "Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir. Uzun fasilədən sonra ailəsi ilə əlaqə saxlayıb, danışıblar”.
Qeyd edək ki, N.Eminov bir müddət əvvəl COVID-19-a yoluxub. Vəziyyəti ağır olduğuna görə süni tənəffüs aparatına qoşulmuşdu. O, əvvəlcə "Yeni Klinika"da müalicə olunub. Daha sonra Mərkəzi Gömrük Hospitalına köçürülüb.