Xəbər lenti

Koronavirusa yoluxma sayı açıqlandı
Ölkə16:43 08.08.2021

Koronavirusa yoluxma sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 220 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 351 825 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 025 nəfər müalicə olunaraq sağalıb, 5 063 nəfər vəfat edib. 11 737 nəfər aktiv xəstə sayını təşkil edir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 578, bu günə qədər isə ümumilikdə 4 116 768 test icra olunub.