Xəbər lenti

Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə aparıldı
Ölkə07:32 07.07.2020

Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə aparıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacam”.
Bu fikirləri Modern.az-a sabiq deputat Mirzəcan Xəlilov deyib.
 Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:
"Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələ ki burda müalicə alıram”.
Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.