Xəbər lenti

Koronavirusa yoluxmuş şagirdi olan “Baku-Oxford School” fəaliyyətini dayandırmaq istəmir
Ölkə16:08 06.10.2021

Koronavirusa yoluxmuş şagirdi olan “Baku-Oxford School” fəaliyyətini dayandırmaq istəmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhərdində bir neçə məktəbdə şagirdlər arasında koronavirusa yoluxma halı aşkarlanıb. Həmin məktəblərdən biri də "Baku-Oxford School”dur. 
Oxu.Az xəbər verir ki, məktəbin doqquzuncu sinif şagirdi koronavirusa yoluxsa da, dərslər hələ də davam etdirilir. 
Bu isə valideynlərin narazılığına səbəb olub. 
Qeyd edək ki, belə bir vəziyyətdə yoluxmanın uşaqlar arasında artmasının qarşısını almaq üçün məktəbi bağlamaq daha məqsədəuyğun sayılır.