Azərbaycanda bu gün koronavirus infeksiyasına 3322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 18 nəfər COVID-19-dan dünyasını dəyişib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 71 732 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 662, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 070 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 866 215, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 473 806, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 392 409 təşkil edir.