Xəbər lenti

Koronavirusla bağlı sosial şəbəkədə yalan məlumat yayan 40 nəfər həbs edildi
Ölkə17:40 09.03.2021

Koronavirusla bağlı sosial şəbəkədə yalan məlumat yayan 40 nəfər həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il ölkədə koronavirus infeksiyası ilə bağlı sosial şəbəkələrdə yalan məlumat yayan 100 nəfər müəyyən edilib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Hesabatda bildirilib ki, onlardan 60 nəfər cərimələnib, 40 nəfər isə məhkəmə qərarı ilə inzibati həbs olunub.
Həmçinin, il ərzində karantin qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratma faktlarına görə 696 cinayət işi başlanıb. Həmin cinayət işləri üzrə 42 nəfər həbs edilib, 4 nəfər polisin nəzarətinə verilib.