Xəbər lenti

Koronavirusla bağlı yoluxmalar nədən artır? (PROFESSOR)
Ölkə12:21 14.10.2020

Koronavirusla bağlı yoluxmalar nədən artır? (PROFESSOR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"COVİD-19-la bağlı televiziyalarda Operativ Qərargahın maarifləndirici məlumatları eşidilmir”.

BunuQaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla koronavirus infeksiyası ilə bağlı yoluxma sayının artım səbəblərindən danışarkən deyib. Professor qeyd edib ki, bununla bağlı müvafiq qurumlar var:

"Biz bu gün televiziya ekranlarından əvvəlki kimi COVİD-19-la bağlı təbliğat xarakterli məlumatlar eşitmirik. Operativ Qərargahın maarifləndirici tədbirləri, qapalı yerlərdə, küçələrdə karantin davranışlarını artıq görmək olmur. İctimai nəqliyyatda maska taxanların sayı azalıb. Ağız bağlı, burun açıq... Məktəblərdə də həyat bu qaydada davam edir”.

Professor deyib ki, pandemiya da insan həyatına son qoyur:

"Pandemiyada da insanlar ölür. Axı niyə biz insanlarımızı itirməliyik? Bunların hamısı vətəndaş məsuliyyətsizliyindən baş verir. Vətəndaşlar karantin qaydalarını qulaq ardına vururlar. Üstəlik, müharibə başlayandan televiziyalarda bu məsələ ilə bağlı verilişlər vermirlər”.

Bahar Rüstəmli