Xəbər lenti

Koronavirusun müalicəsində istifadə üçün yeni dərmanlar gətiriləcək
Ölkə14:20 28.12.2021

Koronavirusun müalicəsində istifadə üçün yeni dərmanlar gətiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycana koronavirusun müalicəsində istifadə olunacaq yeni dərman vasitələrinin gətirilməsi nəzərdən keçiriləcək".
Qaynarinfo xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, yeni tətbiq olunacaq dərmanlar birinci fazaya aiddir: "Bu günə qədər ölkəyə bu istiqamətdə gətirilən dərmanlardan istifadə olunub. Vaksinasiya isə virusa qarşı inkar yox, dəstəkverici xarakter daşıyır”.