Xəbər lenti

Koronovirusa yoluxanların sayı yenidən artdı - Günün statistikası
Ölkə11:41 31.03.2021

Koronovirusa yoluxanların sayı yenidən artdı - Günün statistikası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 261 713 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3 567 nəfər vəfat edib, aktiv xəstə sayı 20 021 nəfərdir.
Son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.