
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə parlamentin bugünkü iclasında müvafiq sənədlərə dəyişiklik zamanı məlumat verilib.
Qeyd olunub ki, Konstutusiyanın 94- cü maddəsinin 1. 1-ci maddəsinin dördüncü abzasında "korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının" sözləri "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin" sözləri ilə əvəz edilir.
Təklifə görə, sənəddə "korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı" sözləri "Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi" sözləri ilə əvəz edilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Qaynar.info