Xəbər lenti

Kosmik hava durumu və proqnozu açıqlandı
Ölkə19:39 28.11.2019

Kosmik hava durumu və proqnozu açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan Qaynarinfo-ya verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1,2).
Noyabrın 29-30-da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin nisbətən yüksələcəyi, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik (Kp=1,2) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı 1 faizdən aşağıdır. (azərtac)