Xaçmazda həmcinslərini əxlaqsızlığa cəlb edərək fahişəxanasında işlədən qadın tutulub. Qaynar.info-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunun Səlim-oba kəndi ərazisindəki “Kosmos” istirahət mərkəzində, Sumqayıt şəhər sakini Nisə Quliyeva əxlaqsızlıq yuvası təşkil etdiyinə və gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Qadın İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Qaynar.info