Beynəlxalq
Kosmik Stansiyanın (ISS) Rusiya modulunda 4 santimetr ölçülü çat yaranıb.
Qaynarinfoxəbər verir ki, bu barədə "Roskosmos”un mətbuat xidmətinə istinadən İnterfaks məlumat
yayıb.
"Havanın
ISS-dən sızdığı çatlar 4 sm-dən çox deyil", - məlumatda deyilir.
Heç
bir şeyin stansiyanın və ekipajın təhlükəsizliyini təhdid etmədiyi qeyd olunur.
Bundan
əvvəl kosmonavtlar Anatoli İvanişin və İvan Vaqner çay yarpaqlarından istifadə
edərək "Zvezda” modulunun ara kamerasında bir çatlaq aşkar ediblər. Onlar çatı lentlə
yapışdıraraq təzyiqi nəzarətdə saxlamaq üçün gecə lükü bağlayıblar.
Qeyd
edək ki, ISS-də kiçik hava sızması 2019-cu ilin sentyabrında baş verib. 2020-ci
ilin avqust-sentyabr aylarında ekipaj hermetikliyi yoxlamaq üçün stansiya
modullarındakı lükləri iki dəfə bağlayıb. Sızıntının Rusiyanın "Zvezda”
modulunun ara kamerasında olduğu ortaya çıxıb. İndi ekipaj ərazini
lokallaşdırmaq və sızmanı aradan qaldırmaq üçün çalışır.
Xatırladaq
ki, Beynəlxalq Kosmik Stansiyanın Rusiya "Zvezda” modulundakı təzyiq çatlaq kapton
lentlə yapışdırıldıqdan sonra aşağı düşməyə, modulun havası bayıra çıxmağa
davam edir. Bu haqda rus kosmonavt Anatoli İvanişin Yerlə danışıqlar zamanı məlumat
verib.
Alpər
Şərhlər