İordaniya kral ailəsində son iki ildə körpə sevinci davam edir. Kral II Abdullah və Kraliça Raniyanın nəvələrinin sayı artıq dördə çatıb.
Qaynarinfo xəbər verir ki, 2024-cü ildə vəliəhd Şahzadə Hüseyn və həyat yoldaşı Racvanın qızı İmanın dünyaya gəlməsi ilə başlayan ailə sevinci, 2025-ci ilin fevralında Şahzadə İman və həyat yoldaşı Camil Termiotisin qızı Aminanın doğulması ilə davam edib.
Ailəyə son olaraq isə 14 avqust 2026-cı ildə əkiz qızlar qoşulub. Kral sarayının açıqlamasına görə, Şahzadə İman və Camil Termiotisin əkiz qızları dünyaya gəlib.
Kral və Kraliça əkiz nəvələri ilə görüşdü
Kraliça Raniya və Kral II Abdullah yeni doğulan nəvələrini xəstəxanada ziyarət ediblər. Görüşdən çəkilən fotolar ailənin rəsmi sosial media hesablarında paylaşılıb.
55 yaşını bu ayın sonunda qeyd edəcək Kraliça Raniya paylaşımında nəvələrinə müraciətlə onların gəlişini uzun müddətdir gözlədiklərini və sağlam, xoşbəxt olmalarını arzuladığını bildirib.
Əkiz qızlara Taliya və Raniya adları verilib. Beləliklə, Kraliça Raniya öz adını daşıyan nəvəyə sahib olub.
İman və Camilin artıq üç qızı var
Şahzadə İman və Camil Termiotisin 2025-ci ilin fevralında dünyaya gələn Amina adlı bir qızı da var. Əkizlərin doğulması ilə cütlüyün üç qızı olub. İman və Camil 2023-cü ilin martında evləniblər.
Kral II Abdullah və Kraliça Raniyanın böyük oğlu, vəliəhd Şahzadə Hüseyn və həyat yoldaşı Racvanın da İman adlı bir qızı var. Beləliklə, son iki ildə İordaniya kral ailəsində dörd nəvə dünyaya gəlib.
Aydın
Şərhlər