Xəbər lenti

Kredit ödənişi ilə bağlı başqa ölkələrin təcrübəsi Azərbaycanda niyə tətbiq edilmir? (VİDEO)
Video 21:38 24.09.2025

Kredit ödənişi ilə bağlı başqa ölkələrin təcrübəsi Azərbaycanda niyə tətbiq edilmir? (VİDEO)

Vətəndaşlar krediti vaxtından əvvəl bağlasalar da, tam faiz məbləğini ödəməli olurlar.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, ölkədə kredit müqavilələri imzalanan zaman borcalana iki metod təklif olunur. Bu, əksər hallarda kredit müqaviləsində öz əksini tapır.

Ekspertin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, erkən ödəniş zamanı yalnız istifadə olunan faiz tutulması borcalan üçün daha sərfəli bir yanaşmadır.

Dünya ölkələrinin 80 faizi, o cümlədən ABŞ, Türkiyə və Gürcüstanda "Annuitet” metod tətbiq olunur. Fransa və Rusiyada isə diferensial metoddan istifadə olunur.

"Yəni vaxtından əvvəl ödəniş edilirsə, yalnız həmin aylar üzrə faizlər hesablanır”,- deyə ekspert vurğulayıb. Bəs Azərbaycanda bu metodun tətbiqi mümkündürmü?

Sualımızı Banklar Assosiasiyasına ünvanlasaq da, cavab ala bilmədik.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->