XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Krım körpüsündəki partlayış ondan xəbər verir ki... Tofiq Zülfüqarovdan açıqlama
Dünya08:59 08.10.2022

Krım körpüsündəki partlayış ondan xəbər verir ki... Tofiq Zülfüqarovdan açıqlama

"Krım körpüsü siyasi baxımdan işğalın bir rəmzidir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, bu körpüyə daima diqqət mövcuddur:
"Bir az yumşaq dedim, amma diqqət sözünün altında bir çox şeyləri nəzərə almaq olar. Məsələn, həm Rusiya, həm də Ukrayna tərəfindən. Çünki ara-sıra Ukrayna tərəfindən belə fikirlər səslənir ki, bu, legitim hədəfdir. Bu baxımdan müharibənin gedişində hansısa məqamda körpünün ətrafında hadisələrin baş verməsi istina olunmur”. 
Bahar Rüstəmli