Kriminal aləmdə “Makedon” ləqəbli kriminal avtoritet ölüb. Onun qətlə yetirildiyi deyilsə də, bu fakt təsdiqlənmir.
Sumqayıt sakinlərinin Milli.Az-a verdikləri məlumata görə, “Mekedon” və “Çənə” ləqəbilə tanınan 42 yaşlı Natiq Məmmədov şənbə günü Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müıssisəsində dünyasını dəyişib. Sumqayıt ərazisində silsilə cinayətlər törətdiyinə görə məhkum edilən N.Məmmədovun ölüm səbəbi açıqlanmır. Dünən Sumqayıtda yaşadığı 18-ci mikrorayon ərazisində yas mərasimi keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Milli.Az-a xəbəri təkzib edərək heç bir ölümün olmadığını bildirib.