Xəbər lenti

Körpələr evində yanğın - Qaxda
Ölkə19:41 25.12.2016

Körpələr evində yanğın - Qaxda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qax rayonunda yerləşən körpələr evində yanğın baş verib.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Cəlayir kəndindəki ümumi sahəsi 252 m2 olan 11 saylı körpələr evində qeydə alınıb.

Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb. Nəticədə bağçanın 1 otağının 38 kvm hissəsi və çardağın 12 kvm hissəsi yanıb. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.

Qaynarinfo.Az