Fizuli Dehqani
Rahat yuxu hər bir körpənin sağlam inkişafının əsas şərtlərindən biridir. Əgər sizin də körpənizin rahat yuxu ilə bağlı problemləri varsa o zaman aşağıda sadalayacağım məsləhətlərə ciddi əməl edin və qısa bir zamanda faydasını görəcəksiz.
1. Öncəliklə körpələr hər gün eyni saatda yatızdırılmalıdır. Bu onlarda tədricən yuxu vərdişi yaradacaq.
2. Körpənizin bezinin quru olmasına diqqət edin.Yaş bezlər uşağa narahatçılıq və yanma hissi verə bilər. Belə problemlərin yaranmaması üçün keyfiyyətli bezlərdən və uşaq pudralarından istifadə məsləhət görülür. Yaxşı olardı ki,yatmamışdan öncə təzə bez qoyasınız.
3. Körpənin yatdığı otağın havası gün ərzində bir neçə dəfə dəyişilməlidir.
4. Hansı fəsil olmasından asılı olmayaraq körpənizi mütləq gün ərzində minimum 1-2 saat açıq havada gəzdirin.
5. Çalışın körpəniz öz çarpayısında yatsın. Bu onlarda özgüvən hissini formalaşmasına yardımçı olacaq.Bu həm də sizin və körpənizin daha rahat yatmağına kömək edəcək.
6. Uşağın yatdığı otaqda heç bir halda televizor, kompüter və smartphonlar işlədilməməlidir. Ümumiyyətlə uşaqları erkən yaşlarda telefondan, televizordan, kompüterdən uzaq tutmaq lazımdır. Onlardan ayrılan işıq şüaları körpənin yuxusunun qaçmasına səbəb olur. Gün ərzində, eləcə də uşağın yatmasına bir neçə saat qalmış uşaqlarınızla oynayın. Bu onların özlərini daha xoşbəxt hiss etmələrinə və həmçinin yorulmalarına səbəb olacaq. Yorğun uşaqlar daha rahat yuxuya gedir. Öz rahatlığınız üçün uşaqlarınızın əlinə planşet, smartphon verməyin. Bu onlarda aludəçilik yaradacaq.
7. Uşağınızın yuxusu gəlmirsə onu məcbur yatırmağa çalışmayın.Yatsa da tez oyanacaq. Uşağın yatması üçün hazırlıqlar görün, o özü yatacaq. Bu hazırlıqlara otağın işığının maksimal dərəcədə azaldılması, səssizliyin yaradılması,bütün elektron avadanlıqların istifadəsinin qapadılması (televizor, kompüter, smartphonlar və s.) daxildir.
8. Körpəniz üçün yuxu gətirici həblərdən istifadə etməyin. Bu həblərin uşağa yuxu gətirməsi əksər hallarda əlavə təsir kimi baş verir və hər zaman da yuxu gətirmir. Ona görə dərman pereparatlarından az istifadə olunması daha məqsədə uyğundur.
9. Uşağı yeməkdən dərhal sonra yatırmayın. Ən azı saat yarım gözləyin. Gecə körpə oyananda tək ana südü uşağın aclıq hissini keçirməyə kifayət edəcək. Unutmaq olmaz ki, yuxu sistemli olmalıdır. Bu məsləhətlərə sistemli əməl edilməlidir.Əgər bütün bunlardan sonra körpəniz yenə də narahat yatarsa yaxşı olar ki, o zaman həkimə müraciət edəsiniz.