
Övladını 4 aydır qonşulara verərək geri dönməyən qadın nəhayət bu gün üzə çıxıb. O, Sabunçu Rayon Polis İdarəsinə gələrək övladını atmadığını və 4 ayın elə də uzun müddət olmadığını deyir.
Sualları cavablandırmağa elə də həvəsli olmayan qadın iddia edir ki, əslində o uşağını atmayıb uşağı verdiyi Qənirə İsmayılova onun övladına dayəlik edib. Bunun qarşılığında isə ona hər ay 150 manat pul ödəyib.
O həmçinin azyaşlının əsl adının Kənan İskəndərov olduğunu deyir. maraqlısı8 budur ki özünü təqdim etməyən qadın uşağın ona məxsus olduğunu təsdiqləyən hər hansı bir sənəd də təqdim etməyib.Qaynarinfo.Az