
Rasim Qaraca
Hər kəsə məlumdur, bu gün Azərbaycanda yazıçılıq pul gətirməyən birpeşədir. Hətta kitabları yaxşı satılan yazıçılar da bu işdən pulqazanmırlar.
Dolayısıyla ədəbiyyat saytıişlətmək və ya ədəbiyyat jurnalı buraxmaq da gəlirli bir sahə deyil,hətta AYO kimi bir yazıçı təşkilatında birləşmək də gənc yazıçılara çoxda rifahlı bir gələcək vəd etmir.
Bizim ölkədəyazıçının yolu iztirablı, məhrumiyyətlərlə dolu bir yoldur. Bu üzdənjurnalistika sahəsi yazıçılıq iddiasıyla ortalığa atılanları birər-birəröz kamına çəkir, udur, öz içərisində əridir.
(Təsadüfideyil, yazıçıların maddi cəhətdən təmin olunduğu Sovet quruluşu dağılankimi yazıçılıq işi dərhal iflasa uğramışdı, pul həvəsinə ədəbiyyatagələnlər dərhal yoxa çıxmışdılar.
Bu peşəyə könlünün səsiylə, ilahi çağırışla qoşulanlar sona qədər duruş gətirdilər və gətirməkdədirlər.)
Jurnalistikayazıçılığa yaxın bir sahə olduğuna görə, sirr deyil, publisistika iləvə ya köşə yazarlığı ilə məşğul olanlara yazıçı kimi görünmək imkanıverir.
Jurnalistika çox zaman yazıçının özünüaldatmaqda olduğu bir sahədir, - “hələ bir az da jurnalistikaya davamedim, ədəbiyyatla sonra məşğul olaram”.
Bir çoxhallarda jurnalistika ədəbiyyatdakı uğursuzluğu gizlətmə vasitəsidir.Digər tərəfdən jurnalistikada az da olsa pul vardır və burada karyeraimkanları daha genişdir.
Köşə yazarlığı isə bizim jurnalistika üçün yeni hadisədir.
Artıqhər bir qəzetin, və ya internet portalının, dünya modelinə uyğun özköşə yazarları qrupu vardır, respublika səviyyəsində “ən yaxşı köşəyazarı” adı uğrunda onlarla, bəlkə də yüzlərlə qələm sahibi, əsasən gəncjurnalistlər elan olunmamış bir yarışmaya qoşulublar.
“Köşəyazarı” söz birləşməsində “yazar” kəlməsinin də olması yazıçılara(yazıçılıq iddiasında olanlara) ikibaşlı oynamaq fürsəti verir, yerigələndə özlərinə cəsarətlə “yazar” deyə bilirlər.
Bir “köşə”nin qiyməti isə Azərbaycan şərtlərinə görə artıq standartlaşıb, 10 manatdan artıq deyil.
Bu orta-statistik rəqəmdir. Lakin yerinə və adamına (yazarına) görə qonorar miqdarı artıq da ola bilər.
Məsələn,“köşə” bazarında liderliyi çoxdan ələ keçirmiş Zamin Hacı, deyilənlərəgörə, bir “köşə”yə görə ən yüksək qonorarı alır, ona bənzəmək istəyən və“Zamin yolu”nu getməkdən ötrü dəridən-qabıqdan çıxanlar çoxdur.
Radikalyazılar yazıb öz imzasının reytinqini qaldıranlar, reytinq qazanmaqdanötrü lap elə həqiqəti yazanlar(!), canını oda atanlar, hakimiyyətlədirəşənlər Azərbaycan jurnalistikasında hamıya tanış olan mənzərələrdir.
Hacı Zamin kimi namuslu jurnalistləri istisna edirəm. Jurnalistikada reytinq qazanmaq bir çox cəhətdən verimlidir.
Əvvəla,yaxşı, radikal yazılar yaza bilirsənsə, artıq imzanı da ictimaiyyətətanıtdıra bilmisənsə, çeşidli mətbuat orqanlarında sənə təkliflər gələbilər - “gəl bizdə yaz, sənə filan qədər veririk”.
Bufilan qədər 10 manat da olsa, əgər 2-3 yerdə yazırsansa və hər günyazırsansa, artıq ayın sonuna qədər 300-400 manat qazanacağına ümid edəbilərsən.
Bu son dərəcə əzablı bir işdir,yazarı (köşə yazarını) tükədir, xaltura elementləri çoxalır, nəticədəyazarın sözünün çəkisini azaldır.
Daha ağıllıköşə yazarları az yazmaq, ancaq “saz yazmaq” lazım olduğunu başadüşürlər. İmzanın çəkisini gözləməlisən, o zaman sənə daha yaxşıtəkliflər gələ bilər.
Məsələn, bir ehtimal var,yuxarı dairələrdən kimsə sənə elçi döndərər, “filan şeyi yazma” deyər,bir illik qonorarını da elə bəri başdan ödəyər. Mopassan deyib,jurnalistika ilə fahişəlik arasında çox az məsafə var.
Buna görə də reytinq dalınca qaçan jurnalistlər və ya mətbuat orqanları hər zaman məndə şübhə doğurublar.
Reytinq hər zaman və hər yerdə pul deməkdir, “yaxşı pula getmək” deməkdir.