Xəbər lenti

Kubra Dadaşovanın vəziyyəti pisləşdi
Ölkə06:12 18.02.2015

Kubra Dadaşovanın vəziyyəti pisləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Kubra Dadaşovanın səhhətindən xəbər var. Əməkdar artistin qızı, aktrisa Təhminə Məmmədova bu haqda Milli.Az-a məlumat verib:
"Kubra xanımın vəziyyəti orta ağır sayılır. Həkimlər onun ayağını qorumağa, şəkərini isə tənzimləməyə çalışırlar. O, üç həftə olar ki, yenidən xəstəxanaya yerləşdirilib. Həkimlər ona şəkər və iltihablı şəkər yarası xəstəliyi, kapilyarların keçməzliyi və qan-damar keçməzliyi diaqnozunu qoyublar. Kubra xanımın ayaqlarında qan dövran etmir. İnşallah, tezliklə sağalıb, teatra qayıtmasına ümid edirik".
Qaynar.info