Xəbər lenti

Küçə jurnalistikası
Ölkə19:51 13.05.2013

Küçə jurnalistikası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qafqaz Ömərov

İllərini siyasətə vermiş bir dostumlagörüşdük şəhərdəki çayxanalardan birində. Onunla ayda bir dəfə görüşübsiyasətdən, həyatdan, dünyanın gərdişindən, demək olar ki, hər şeydəndanışırıq. İşi elədi ki, ayda bir dəfə olur şəhərdə. Bu dəfəkigörüşümüzdə də ölkədə, regionda və bütünlüklə dünyada baş verənprosseslər haqda uzun uzadı söhbət etdik. Axırda sözümüz çəpləşdi,illərini siyasətə vermiş, özü demişkən "siyasətin mətbəxində bişmiş"dostumun tənqid atəşi altına Azərbaycan jurnalistikası düşdü.

Sağdan,soldan, hər yandan döşədi jurnalistikaya. İzlədiyi xaricijurnalistlərlə bizimkilərin müqayisəsi üzərində qurduğu nitqi zamanıAzərbaycan jurnalistikasının peşəkarlıqdan uzaq, fərasətsiz, çoxununmuzdlu və analitik ağıldan məhrum, mütaliəsiz jurnalistlərdən ibarətolduğunu vurğulayan dostum, "jurnalist Pozner kimi olmalıdı, sən dəPozner olmağa çalış! Jurnalist yazdığı yazılarla insanların əqlinə,şüuruna təsir etməyə qadir olmalıdır!" - deyərək mənim timsalımdaAzərbaycan jurnalistlərinə öyüd-nəsihət verdi və sonda da Azərbaycanjurnalistikasını "Küçə jurnalistikası" adlandırdı.

Dənizəgedəcəyini nəzərə alaraq (Dostum dənizdə işləyir. Q.Ö) onunjurnalistikamız haqqında söylədiyi fikirləri polemika mövzusuna çevirməkistəmədim. Fikirləşdim ki, dənizdən gələr, gələn ay oturarıq mən də onabu problemlərin kökündə nələrin dayandığını açıqlayaram. Amma bir aydözə bilmədim. Ağlıma gəldi ki, bu elə növbəti köşəm üçün əla mövzu olabilər. Necə olsa da, müzakirə mövzusu Azərbaycan jurnalistkasıdır.

Siyasətçidostum səviyyəsizlikdə ittiham etdiyi Azərbaycan jurnalistləriniqılınclayanda illərdir "mətbəxində bişdiyi" Azərbaycan siyasətinin vəonun siyasətçilərinin səviyyəsi haqqında nədənsə heç nə demədi. Axısiyasətin yedəyində inkişaf edən jurnalistika inkişafdan qalırsa, ondabunun kökünü Azərbaycan siyasətçilərində axtarmaq lazımdır. Bunlar osiyasətçilərdir ki, müstəqillik əldə olunandan siyasi səhnədədirlər və20 ildir Azərbaycan jurnalistlərinin diktofonları və mikrofonları onlaratuşlanıb. Məhz onların verdiyi bəyanatlar, söylədiyi fikirlər,səsləndirdiyi siyasi şüarlar, etdiyi siyasi analizlər efiri və mətbuatsəhifələrini doldurur. Axı jurnalist yazıq neynəsin ki, adlarını çəkməyəhəvəsim olmadığı onlarla tanınmış Azərbaycan siyasətçisinin intellektsəviyyəsi, siyasi biliyi artmır? 20 ildir eyni sözü, əzbərlədikləri eynikonspekti danışırlar xalqa.

Sizi inandırımki, hələ siyasətçi dostumun bəyənmədiyi Azərbaycan jurnalistləri vəAzərbaycan siyasətçilərinin əksəriyyətinin "erməni-budaq" cümlələrindənibarət söylədikləri anlaşılmaz fikirləri redaktə edən Azərbaycanmediasının redaktorları olmasa, bu siyasətçilərin savadsızlıqları tamçılpaqlığı ilə görünər, ictimaiyyət arasında biabır olarlar. Busiyasətçilər arasında həm iqtidar, həm də müxalif düşərgəyə yaxınkifayət qədər siyasətçi var. Poznerin haqqında yazdığı, tənqid atəşinətutduğu rus məmurlarının və müxalifət funksionerlərinin hərəsinin 5-10kitabı çap olunub.

Axı sənin siyasətçilərininsəviyyəsi Rusiyada Primakovun, Yavlinskinin, Xakamadanın, Züqanovun,Nemçovun, Jirinovskinin, Türkiyədə Ərdoğanın, Kılıçdaroğlunun, professorDövlət Baxçalının səviyyəsinə uyğun deyil ki, bizim jurnalistlərin dəsəviyyəsi Poznerin, Dorenkonun, Leontyevin, Fatih Altaylının, UğurDündarın, rəhmətlik Mehmet Ali Birandın səviyyəsinə çatsın. Əziz dostum,axı Azərbaycan jurnalistinin günahı nədir ki, Azərbaycan siyasətçiləri"küçə siyasətçiləridir"?

Azərbaycan jurnalistineyləsin ki, Azərbaycan siyasətinin səviyyəsi çayxanadan yuxarı qalxmır?Hə, qeyd etmək yadımdan çıxdı, axı sən özün də siyasətə verdiyinillərin böyük bir hissəsini elə çayxanalarda keçirmisən, səninlə bərabərbütün siyasətlə məşğul olanlar da həmçinin. Mənə qalsa, əziz dost,jurnalistikanın və jurnalistlərin səviyyəsinin qalxması Azərbaycansiyasətçilərinin səviyyəsinin artması ilə sıx bağlıdır.

Poznerinölkəsindəki siyasətçilərin yazdığı kitabları yer-göy tutmur. Hələsiyasətçilər qalsın bir yana, qonşularımız Rusiya və Türkiyədə polisrəisləri, təqaüdə çıxmış sahə müvəkkilləri belə istefadan sonracild-cild kitablar yazırlar. Əziz dost, amma sənin siyasətçilərin əlinəqələm alıb 20-30 səhifəlik kitabça belə yaza bilmədilər. Məncə, 20 ilsiyasi səhnədə olan bu "psevdosiyasətçilərin" ya keçmişlərində qələməalınası şərəfli bir fəaliyyətləri olmayıb, ya da sadəcə yazmağa savad vəqabiliyyətləri yoxdur. Sən necə düşünürsən, bilmirəm. Demək istəyirəmki, əgər Azərbaycan jurnalistləri "küçə jurnalistləri"dirlərsə, ondaAzərbaycan siyasətçiləri də "küçə siyasətçiləri"dir.

P.S."Azadlıq" qəzeti Xəqani küçəsindəki redaksiyasından çıxarılanda bunaetiraz olaraq aclıq aksiyası keçirənlərə baş çəkməyə getmişdik. Binanınqarşısında, çayxana yerləşən kiçik, xudmani həyətində yığışanlarınhamısı elə bu çayxananın bağlanmasına heyfslənirdilər. Doğrudan da,çayxanaların Azərbaycan siyasi həyatında xüsusi yeri var. Çayxanasız nəsiyasət?! Bir siyasət ki, çayxanalarda müzakirə olunurmur, Amilidemişkən, day bunun adını siyəsət qoymazlar ki?! Əziz dost, doğrudan da,darıxmışam çayxana söhbətlərimiz üçün. Tez gəl, inşallah, oturaqçayımızı içək, dərdləşək bir az...