Küçələrdə güzəran dalınca düşən uşaqların dəqiq statistikası bəlli olmasa da, sayları az deyil. Kənardan bəlkə də zərərsiz görünən xırda ticarətin bir adı var - uşaq əməyinin istismarı!
Bu balacalar həmyaşıdları kimi qayğının əhatəsində böyümür. Günü çörəkpulu qazanmağın yollarını axtarmaqla keçir.
Azərbaycan qanunverciliyində 15 yaşdan aşağı uşaqların işləməsinə icazə verilmir. Bəs qanunun qadağan etdiyi hala valideyn necə şərait yaradır? "Uşaq mənimdir, özüm bilərəm” düşüncəsi ilə övladının erkən əməyə cəlb edənləri nə gözləyir?
Məsuliyyətsiz valideynlərə qarşı cəzaların nəzərdə tutulması yaxşıdır. Amma iş ondadır ki, cərimələmək bir yana qalsın, aidiyatı qurumlar çox vaxt bu azyaşlıların ata-analarını tapa bilmirlər.
Bu barədə ARB TV-nin "Günə Bax” verilişində sujet yayımlanıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər