Paytaxda dünəndən başlayan güclü külək altı ağaca ziyan vurub.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, külək nəticəsində iki ağac maşınların üstünə düşüb:
"İki ağac kökündən çıxıb. Dörd ağacın isə budağı sınıb. Ümumilikdə, külək altı ağaca ziyan vurub”.
Orxan Məmmədov hadisələrin paytaxtın Yasamal, Nəsimi və Nizami rayonlarında baş verdiyini qeyd edib.
Şərhlər