Xəbər lenti

Britaniya: Rusiya son dörd ayda müharibədəki ən böyük itkilərini verib (RƏQƏMLƏR)
Dünya 12:47 25.09.2024

Britaniya: Rusiya son dörd ayda müharibədəki ən böyük itkilərini verib (RƏQƏMLƏR)

Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, may ayından bəri Rusiya hər gün ən azı min nəfər (ölü və yaralı) itirir ki, bu, Ukraynada Rusiya ordusunun müharibə başlayandan bəri ən yüksək itkisidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo.media” məlumat yayıb.

Böyük Britaniyanın hərbi hesablamalarına görə, may ayında Rusiya hər gün orta hesabla 1262, iyunda 1163, iyulda 1140, avqustda isə 1187 əsgər itirib. Böyük Britaniya Müdafiə Nazirliyi sentyabrda da Rusiya ordusunun itkilərinin gündə orta hesabla 1000 nəfəri keçəcəyini gözləyir.

2022-ci ildə Britaniya ordusunun dərc etdiyi hesabata görə, Rusiya hər gün 236-537 adam itirib. Hesabatda bildirilir ki, ilin sonunda itkilər maksimum həddə çatıb.

Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ildə itkilər gündə 701-dən 967 nəfərə qədər olub. Rusiya ordusunda ən çox ölən və yaralananların sayı da ilin sonunda olub.

Böyük Britaniyanın Müdafiə Nazirliyi müharibənin əvvəlindən Rusiyanın ölən və yaralananların ümumi itkisini 610 min nəfər olaraq qiymətləndirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->