Xəbər lenti

Külək Bakını bu günə qoydu - VİDEO
Ölkə10:05 22.06.2014

Külək Bakını bu günə qoydu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda iyunun 21-dən 22-nə keçən gecədən başlayan külək hələ də davam etməkdədir. 

Küləyin yaratdığı fəsadları isə paytaxtda müşahidə etmək heç də çətin deyil. 

Qaynar.info APA TV-yə istinadən xəbər verir ki, tozun küləyə qarışdığı yerlər daha çox tikinti gedən ərazilərdədir.

Məsələn, Xutor ərazisində tozları ətrafa yayır və beləliklə də havanın çirklənməsinə səbəb olur.

Zibillər  yığışdırlmayan ərazilərdə isə külək zibilləri havaya sovurur.

"Bakıda külək öz fəsadlarını göstərməkdədir. "28 may" metrostansiyası ərazisindəyik. Burada da zibillər göyə sovrulur və insanların gediş-gəlişinə maneçilik yaradır" - deyə, jurnalist qeyd edir.

Şəhər sakinləri də bundan çox narahatdırlar. Vətəndaşlar belə halların paytaxtda olan turistlər tərəfindən də yaxşı qarşılanmadığını bildiriblər.