
Qazax rayonunda əsən külək rayona ciddi zərbə vurub.
Bu barədə “Yeni Müsavat”a məlumat verən Qazax şəhərinin bələdiyyəsinin sədr müavini Azər Məmmədli bildirib ki, külək qaçqınlar üçün 3-4 ay əvvəl tikilmiş binanın dam örtüyünü yararsız hala salıb.
Həmçinin külək şəhərin mərkəzində qaçqınlara məxsus olan köhnə tikilinin yenicə təmir olunmuş damını da götürüb kənara atıb. A.Məmmədli deyib ki, xoşbəxt təsadüf dam örtüyünün onun üstünə düşməsinə imkan verməyib. Bundan əlavə bir neçə iaşə obyektlərinə və digər tikililərə də ziyan dəyib. A.Məmmədli icra hakimiyyətinin rəhbərliyinin tam heyətdə əraziyə gəldiyini və zəruri tədbirlərin həyata keçirilməsinə başlanıldığını da bildirdi.
Maraqlısı odur ki, külək o qədər də gücü əsməyib. Ancaq təmir-tikinti işlərinin keyfiyyətsiz aparılması üzündən əhaliyə ciddi ziyan vurub.
Qaynar.info