Xəbər lenti

Külək və yağış fəsadlar törətdi - ŞƏKİDƏ
Ölkə08:47 04.06.2013

Külək və yağış fəsadlar törətdi - ŞƏKİDƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Güclü külək ən çox rayonun elektrik təsərrüfatına ziyan vurub

Şəkidə güclü küləklə müşayiət olunan yağış ziyansız ötüşməyib. Təxminən saat 19.30-dan başlayan külək və yağış cəmi bir saata yaxın davam etsə də, bir sira fəsadlar törədib. Yağışın yaratdığı sel suları bəzi küçələrdən keçərək arxların dolmasına səbəb olub. Sel suları maşınların hərəkətinə də mane olub. 

Güclü külək isə iri gövdəli ağacları sındırıb, hətta onları kökündən çıxararaq kənara atıb. Bəzi küçələrdə ağacların aşaraq yolu kəsməsi bir müddət maşınların hərəkətinin dayanmasına səbəb olub. Ağacların elektrik xətlərinin üstünə aşması isə enerji təsərrüfatına ciddi ziyan vurub. Güclü külək ən çox rayonun elektrik təsərrüfatına ziyan vurub. /ANS.TV/