Xəbər lenti

Küləkli hava ilə əlaqədar sarı xəbərdarlıq edildi
Ölkə 22:05 08.06.2024

Küləkli hava ilə əlaqədar sarı xəbərdarlıq edildi

İyunun 9-da ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboy, Daşkəsən, Ağdam, Tərtər, Bərdə, Şəki, Qax, Zaqatala, Göygöl, Gəncə, Naftalan, Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.

Ölkə ərazisində küləkli hava şəraiti iyunun 10-dək fasilələrlə davam edəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->