Xəbər lenti

Kür çayına düşən uşaq xilas edilib
Ölkə15:23 24.04.2016

Kür çayına düşən uşaq xilas edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 apreldə Kür çayında batan 9 yaşlı Əhmədov Şükür Fəxrəddin oğlunun cəsədi tapılıb. 
Bu bardəə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində Şirvan su kanalında (ən yaxınlıqdakı məntəqədən 6 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 2007-ci il təvəllüdlü, Şükür Əhmədovun cəsədi batdığı yerdən 5 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qaynarinfo.az