Xəbər lenti

"Kür" Təhsil Mərkəzi sudan qanunsuz istifadə edirmiş
Ölkə16:29 23.02.2026

"Kür" Təhsil Mərkəzi sudan qanunsuz istifadə edirmiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Kür" Təhsil Mərkəzində qanunsuz sudan istifadə halı aşkarlanıb. 
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən sözügedən təhsil mərkəzində yoxlama aparılıb. Aşkarlanan pozuntulara görə, mərkəzin direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 
Məhkəmənin qərarı ilə "Kür" Təhsil Mərkəzi 200 manat məbləğində cərimə edilib.
Aydın