Xəbər lenti

Kürdə boğulan nazirliyin işçisi imiş
Ölkə05:51 21.07.2014

Kürdə boğulan nazirliyin işçisi imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İki gün əvvəl Kürdə batan şəxsin Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşı olduğu məlum olub.

Qaynar.infoxəbər verir ki, Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Nazirliyin Şirvan şəhərində yerləşən “Telemexanika” Zavodunun baş mühəndisi Heydərağa Mirzəyev iyulun 19-da Kür çayında çimərkən boğulub.

 Qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

 Məlumatda bildirilir ki, Salyan rayonu Parça Xələc kəndi ərazisində 1963-cü il təvəllüdlü H. Mirzəyev Kür çayında batıb.

 FHN-in dalğıc-xilasediciləri H. Mirzəyevin cəsədini iyulun 20-də batdığı yerdən 2 km aralıda taparaq çıxarıblar.

Qaynar.info