XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kürdəmirdə avtomobil aşdı, beş nəfər xəsarət aldı
Ölkə22:28 29.08.2026

Kürdəmirdə avtomobil aşdı, beş nəfər xəsarət aldı

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

Qaynarimfo report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü 48 yaşlı Ramil Hüseynov qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan Pirli kənd sakinləri - 37 yaşlı Maxruq Əliyeva ,16 yaşlı Fatimə Əliyeva, 19 yaşlı Afaq Hüseynova, 47 yaşlı Səidə Hüseynova və sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.