Xəbər lenti

Kürdəmirdə avtomobil motosikletlə toqquşdu - ÖLƏN VAR
Ölkə06:59 06.12.2013

Kürdəmirdə avtomobil motosikletlə toqquşdu - ÖLƏN VAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

APA-nın yerli bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Abdullayev Famil Ağalar oğlunun idarə etdiyi 90 MG 281 dövlət nömrə nişanlı, “Ford” markalı maşınla 43 yaşlı Asim Novruzovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletdə əyləşən, rayonun Muğanlı kənd sakini, 22 yaşlı Sadiqov Tərlan Rasim oğlu hadisə yerində dünyasını dəyişib.
 
Motosikleti idarə edən A. Novruzov isə xəsarətlə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.


Qaynar.info