Xəbər lenti

Kürdəmirdə bir ailənin 4 üzvü yol qəzasına düşdü, ölən və xəsarət alanlar var
Ölkə09:30 23.03.2016

Kürdəmirdə bir ailənin 4 üzvü yol qəzasına düşdü, ölən və xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 164-cü kilometrliyində, Kürdəmirin Sığırlı kəndinin ərazisində qeydə alınıb. Ağdam rayon sakini Eyvaz Məmmədov idarə etdiyi BMW markalı avtomobili aşırıb.

Nəticədə E.Məmmədovun sərnişinlərindən, arvadı 1964-cü il təvəllüdlü Almas Məmmədova hadisə yerində ölüb. Özü və digər sərnişinləri - oğlu Əsgər və qızı Aytac xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

 Fktla bağlı araşdırma aparılır.

Qaynar.info