Xəbər lenti

Kürdəmirdə vəhabi skandalı yaşanır?
Ölkə12:28 21.06.2014

Kürdəmirdə vəhabi skandalı yaşanır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ceyhun Cəfərovun yarıtmaz idarəçilyi rayon sakinlərini prezidentə üz tutmağa vadar edib.
Bu haqda Azerinews.tv-yə Kürdəmir rayonundan məlumat daxil olub.  Bildirilir ki, rayonundakı məmur özbaşınalığı pik həddə çatıb. İcra başçısı elə vəziyyət yaradıb ki, vətəndaşlar və yerli məmurlar ondan narazı düşüb.
Bununla yanaşı, icra başçısının həyata keçirdiyi «islahat”lar nəticəsində durumu pisləşən Kürdəmir camaatının torpaqları da əllərindən çıxır. Belə ki, rayonun icra başçısı yerli bələdiyyə sədrləri və icra nümayəndələri ilə əlbir olaraq torpaqları mənimsəyir. Mənbə bildirir ki, rayonda vəziyyətin dözülməzliyi o həddədir ki, torpaq sahələrinin ayrılma məsələsində rüşvət tələb olunduğundan camaat nə edəcəyini bilmir. Eyni zamanda rayona ayrılmış küllü miqdarda dövlət vəsaitinin xərclənməsində şəffaflığın olmaması da daxil olan məlumatlar arasındadır. 
Mənbənin sözlərinə görə, icra başçısı hansısa səbəbdən rayondakı bütün işləri öz qohumu olan radikal dini müxalifətçiyə həvalə edib: «Həmin müxalifətçi şəxs rayonda vahabilərə arxa duraraq onları maliyyələşdirir. Ceyhun Cəfərov rayona rəhbər gələndən vəhabi qruplaşmaları həqiqətən də, oyanış əldə ediblər. Bu da ölkədə olan sabitliyə açıq hədə kimi başa düşülməlidir». 
Məlumatda həmçinin bildirilir ki, bu hal cənab Cəfərovun Tərtər rayonunda rəhbər işlədiyi vaxtda da baş vermişdi.
Azerinews.tv-yə daxil olan məlumatda o da bildirilir ki, Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov sahibkarlara qarşı "səlib yürüşünə" çıxıb. Bu günə qədər müxtəlif iş adamlarına məxsus obyektlərin fəaliyyəti heç bir əsas olmadan icra başçısı tərəfindən sıxışdırılır. Qazılıb dağıdılımış rayonda aylardı görünən işlər bilərəkdən uzadılır. Rayonda hərci-mərclik baş alıb gedir. Bir sözlə Prezdentin sərəncamları və göstərişləri qulaqardına vurulur. Mənbəmiz iddia edir ki, icra başçısı Ceyhun Cəfərov yarıtmaz idarəçiliy artıq əhalini və sahibkarları hərəkətə keçməyə vadar edib. Belə ki, Kürdəmirdəki vəziyyətlə bağlı şikayətçi şəxslər Prezident Adminstrasiyasına da müraciət ünvanlamağı düşünürlər. 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.