Xəbər lenti

Kürdəmirdə yük maşını aşdı, yol qısamüddətli bağlandı (FOTO/VİDEO)
Ölkə12:21 09.01.2019

Kürdəmirdə yük maşını aşdı, yol qısamüddətli bağlandı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kürdəmir rayonunda yol qəzası baş verib. 
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini, 1984-cü il təvəllüdlü Tərxan Vahid oğlu Məmmədovun idarə etdiyi "KamAZ" markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə yük maşınındakı mişar daşları asfalta dağılıb və yol qısa müddətdə birtərəfli qaydada bağlanıb. Hərəkət yalnız xüsusi texnikanın köməkliyi ilə bərpa olunub.
Hadisə nəticəsində sürücü xəsarət alıb və ona lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.