Ukraynanın Rusiya Federasiyasının Kursk vilayətində əməliyyatının məqsədlərindən biri də Rusiya hökumətinin uğursuzluğunu göstərməkdir. Eyni zamanda, Ukrayna Rusiya ərazisində işğal aksiyaları həyata keçirmək niyyətində deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Meduza”ya
müsahibəsində bildirib.
O, Kursk vilayətində keçirilən əməliyyatın 4 siyasi məqsədini açıqlayıb. Onlardan biri Rusiya Federasiyasının hərbi və mülki rəhbərliyinin çevik, effektiv qərarlar qəbul etmək iqtidarında olmadığını sübut etməkdir və öz hərəkətləri ilə bir daha sübut edir ki, onun vəziyyətə nəzarəti zəifdir.
"Tərəfdaşlarımıza aydın olmalıdır ki, Rusiya müharibə səbəbindən getdikcə artan daxili riskləri idarə etmək üçün kifayət qədər güclü deyil", deyə Podolyak bildirib.
Bundan əlavə, Ukrayna Ukraynanın sərhədyanı ərazilərinin təhlükəsizliyini təmin etmək üçün Rusiya artilleriyasını lazımi məsafəyə geri çəkmək istəyir. Üçüncü məqsəd, bütün cəbhə xətti boyunca işğalçılara ehtiyatları səmərəli şəkildə daşımağa imkan verən logistik marşrutları kəsməkdir.
"Yeri gəlmişkən, Ukrayna bu ərazini işğal etməyi qarşısına məqsəd qoymur, məhz müdafiə çərçivəsində müharibə aparır və yalnız hərbi obyektləri məhv edir", deyə Podolyak vurğulayıb.
O, Ukraynanın işğal etdiyi ərazilərdə hər hansı işğal administrasiyası yaratmaq niyyətində olmadığını izah edib.
"Əməliyyatın başqa bir məqsədi müharibəni Rusiya ərazisinə keçirməkdir ki, bu da Rusiya Federasiyası üçün ağır sosial nəticələrə səbəb olacaq. Kursk vilayətinə girəndə insanların necə şoka düşdüyünü gördük: onlar fərqli reallıqda yaşayırlar. Onlara elə gəlir ki, müharibə artıq Avropa ölkələrinin ərazisində gedir və onlar üçün heç bir risk yoxdur. İndi onlar tamam başqa vəziyyət görürlər", deyə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri bildirib.
Nizami Bağırov
Şərhlər