Xəbər lenti

Kürün səviyyəsi nədən aşağı düşür? – Mütəxəssis
Ölkə08:14 15.02.2021

Kürün səviyyəsi nədən aşağı düşür? – Mütəxəssis

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kür çayının səviyyəsinin aşağı düşməsinin əsas səbəbi Kürü qidalandıran çaylarda suyun az olmasıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Ekoloji İnformasiya İçtimai Birliyinin sədr müavini Xosrov Musayev Kür çayında suyun səviyyəsinin azalmasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, dünyada qolobal istiləşmə baş verir, yağıntının miqdarı aşağı düşüb:
"Məsələn, qarın az yağması da mühüm rol oynayır. Bu qidalandırıcıdır. Hansı ki, bulaqlar suyu ondan götürür. Bulaqlarda suyun azalması nəticə etibari ilə sonda Kürün səviyyəsinin aşağı düşməsinə səbəb olur. Qlobal istiləşmə son 50 ildə bir dərəcə yuxarı qalxıb. Bəlkə də sadə görünür, amma ciddi rəqəmdir. Buxarlanma çoxalıb, yağıntı azalıb. Bu da Kürdə çayın səviyyəsinin aşağı düşməsinə səbəb olub”.
Qeyd edək ki, Kür çayında suyun səviyyəsi xeyli azalıb. Son bir neçə gündə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 1,7 metr aşağı düşüb. 
Bahar Rüstəmli