Xəbər lenti

Kütləvi şəkildə qrip xəstəliyinin yayılma səbəbi nədir ? - Açıqlama
Ölkə08:52 04.10.2016

Kütləvi şəkildə qrip xəstəliyinin yayılma səbəbi nədir ? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni mövsüm başlar-başlamaz ailədə, cəmiyyətdə, iş kollektivində hər kəsin qrip və digər bu tip xəstəliklərin yoluxduğuna şahid oluruq. 

Temperaturun aşağı düşməsi və dəyişkən olması özü ilə bərabər müxtəlif xəstəliklər gətirir. Bəs, bu tip xəstəliklərdən necə qorunmaq lazımdır? Nə üçün insanlar kütləvi şəkildə xəstələnirlər? 

Bu sualları cavablandıran həkim-pediatr Kənan Qarayev Qaynarinfo.Az-a bildirdi ki, qrip zamanı immun sistemi zəiflədiyi üçün, yeni mövsümdə bakteriya və viruslar aktivləşdiyi  üçün xəstəliklər sürətlə yayılır:

"Hər il olduğu kimi, bu il də mövsüm dəyişikliyi zamanı yeni doğulmuş körpələrdə və azyaşlı uşaqlarda bu xəstəliklərlə rastlaşırıq. Çünki uşaqlarda immun sistemi tam formalaşmadığı üçün və təkan mərhələsində olduğu üçün zökəm, bronxit və tipli xəstəliklərə yoluxurlar. Yeni mövsümdə temperatur düşdükcə virus və bakteriyalar öz fəaliyyətlərini artırır. Bu hallar daha çox uşaq baxçasına və məktəbə gedən uşaqlarda daha çox rast gəlinir. Otaqların düzgün havalandırılmaması və ana südü ilə qidalanmayan uşaqlarda bu xəstəliklərə yoluxma daha yüksək olur. Xəstəlik zamanı vitaminli qidalara üstünlük vermək vacibdir. Xüsusən də, tərkibində bol C vitamini olan və immun sistemini gücləndirən qidalardan istifadə etməklə orqanizmi qrip kimi xəstəliklərdən nisbətən qorumaq mümkündür".

Kənan Qarayev deyir ki, immun sisteminin zəif olması nəticəsində yaşı yuxarı olan insanlar da bu xəstəliklərə yoluxur:"Mövsüm dəyişikliyini nəzərə alaraq, insanlar düzgün geyimlərdən istifadə etməlidir. Əks halda, xəstəliyə yoluxma qaçılmazdır".

Pərvin Zeynal

Qaynarinfo.Az