Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
Qaynarinfo APA-ya xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb.
Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss edib.
Şagirdlər dərhal xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.
İlkin iddialara görə, onlar məktəbdə yedikəri qidadan zəhərləniblər.
Hadisə ilə bağlı adiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Şərhlər